Minlərlə Niger vətəndaşı Parisin təzyiqi ilə Qərbi Afrika ölkələrinin hərbi hücumu ehtimali ilə Fransa əleyhinə şüarlar səsləndirirlər.
Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, Niger xalqı bu gün (11 avqust) Fransanın paytaxt Niyami şəhərində yerləşən hərbi düşərgəsi qarşısında mitinq keçiriblər.
Mitinq iştirakçıları Fransanın dəstəyi ilə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) hərbi müdaxilələri əleyhinə şüarlar səsləndiriblər.
Məlumata görə “Məhv olsun Fransa, məhv olsun ECOWAS” şüarları Niger xalqının ən cürətli şüarlarındandır.
Xatırladaq ki, iyulun 26-da Niger prezidenti Məhəmməd Bazum Prezident Qvardiyasının üzvləri tərəfindən saxlanılıb. Bazum 2021-ci ildə Afrikanın ən kasıb və çevrilişə ən çox meylli ölkələrindən biri olan Nigerdə demokratik yolla seçilib.Keçmiş Fransa müstəmləkəsi olan Niger müstəqillik əldə etdikdən sonra ölkədə hakimiyyət çevriliş yolu ilə dörd dəfə dəyişib. Prezident Məhəmməd Bazum qərbyönlü siyasətçi və Parisin yaxın müttəfiqi kimi tanınır. Niger Fransanın EDF enerji şirkətini uranla təmin edir.