Daxili və xarici siyasətlərində fiyaskoya uğrayan sionist baş nazir Kiprdə də İran əleyhinə ittihamlarını təkrarlayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, son 5 ay ərzində ilk dəfə rəsmi səfərə çıxan Benyamin Netanyahu Yunanıstanda həmkarı ilə görüşündə yenə də İran əleyhinə əsassız iddialar irəli sürərək rəsmi Tehranı “təcavüzkar” adlandırıb.
Sionist baş nazir Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normallaşmasına dair şəraitin tam hazır vəziyyətdə olduğunu iddia edərək Yunanıstanla da diplomatik əlaqələri möhkəmləndirmək məqsədi ilə “İbrahim Sazişi”ndən bəhs edib.
Qeyd edək ki, regionda siyasi inzivaya sürüklənmiş sionist rejim bir neçə aydır bu problemini yalnız diplomatik əlaqələrinin yaxşı olması barədə mediada müxtəlif xəbərlər yaymaqla məşğuldur.
Səudiyyə Ərəbistanı ilə əlaqələrinin şərtlərini qəbul etmədiyi halda diplomatik normallaşmanın mümkün olmadığını bildiyi halda vəziyyətin normal olduğunu car çəkir