Sionist rejimin baş naziri İranın nüvə silahı istehsalına mane olmaq üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin müvəqqəti xarici işlər nazirliyi MAQATE-nin İranın nüvə haqda araşdırmalarının nəticələrini elan etməsi ilə eyni zamanda yenə də fantastik iddialarını təkrar edib.
Benyamin Netanyahu dünən axşam (1 iyun) iddia edib ki, İranın nüvə silahı istehsal etməsinə mane olacağıq.
Netanyahu videoçıxışında deyib: Mən İran barədə bütün hüsabatları izləyirəm. Elə bu səbəbdən də İran və bütün beynəlxalq ictimaiyyətə üzümü tutub deyirəm ki, İsrail bu xüsusda əlindən gələni əsirgəməyəcək. Bundan əvvəl İranın 83.7% uranı zənginləşdirməsi barədə MAQATE ilə yaranmış yanlış anlaşılma məsələsi həll olunmuşdu.