İsrail rejiminin baş naziri Netanyahu işğal altındakı Şərqi Fələstində bu gün keçirilən və 3 israillinin ölümü ilə nəticələnən əməliyyatla bağlı bildirib ki, israillilər mühasirəyə alınıb.
Sionist rejimin baş naziri Benyamin Netanyahu bu gün (bazar günü) günorta İordaniya və işğal olunmuş Fələstinin sərhəd xəttlərində aparılan əməliyyatdan sonra bu rejimin Nazirlər Kabinetinin iclasının əvvəlində bu bəyanatları verib.
Qafqaztimes xəbər verir ki, İşğal altındakı Fələstinin şərqindəki Əl-Kəramə sərhəd keçidində iordaniyalı yük maşını sürücüsü tərəfindən üç İsrail əsgəri güllələnib.
İsrailin “Maariv” qəzeti yazıb ki, Netanyahu Nazirlər Kabinetinin iclasının əvvəlində bu əməliyyatı xatırladıb və deyib: “Bu gün çətin gündür və mənfur terrorçu Əl-Nabi körpüsündə soyuqqanlılıqla 3 vətəndaşımızı öldürüb”.
Netanyahu daha sonra iddia edib: “Bizi İranın şər cəbhəsinin rəhbərlik etdiyi ölümcül ideologiya mühasirəyə alıb”.
Qəzza zolağında 6 israilli məhbusun cəsədinin tapılmasına toxunaraq, bu ideologiyanın israillilər arasında fərq qoymadığını və onların hamısını öldürməyə çalışdığını iddia edib.
İsrail rejiminin baş naziri bu sözləri elə bir vaxtda deyib ki, İsrail ordusu son 11 ayda Qəzza zolağında 41 minə yaxın fələstinlini qətlə yetirib.
Qəzzanın Səhiyyə Nazirliyi şəhidlərin əksəriyyətinin qadın və uşaq olduğunu, minlərlə fələstinlinin isə hələ də dağıntılar altında qaldığını açıqlayıb.
Al-alam
2 şərhlər
Great Article bro thanks, situs slot gacor mudah maxwin
Hmm iss anyoe else experiencxing probems with tthe images on thuis blog loading?
I’m trying too find ouut if its a problem oon myy
ennd or iif it’s thhe blog. Any feed-back would bee greatly
appreciated.