QafqazTimes.com The Jerusalem Post-a istinadən xəbər verir: İşğalçı sionist rejimin sabiq baş naziri Benyamin Netanyahu Trampın ona ünvanladığı ana söyüşünü cavabsız qoymayıb. Ötən ilin sonlarında Netanyahuya ana söyüşü ünvanlayan, onu satqın adlandıran Tramp eyni söyüşlə yağlanıb. Netanyahu Baydeni prezident seçilməsi münasibətilə təbrik edəndən sonra Tramp dəfələrlə İsraili, onun başçılarını ittiham edib. Tramp deyir ki, mən olmasaydım İsrail yox idi və ABŞ-ın mənafelərinin ziddinə olaraq İsrailə dəstək vermişəm. Amma əvəzində Baydeni ilk təbrik edən Netanyahu olub. Tramp Rusiya prezidenti Putin və Braziliya prezidenti Bolsonarunu Netanyahuya nümunə göstərmişdi. Xatırlatmışdı ki, Putin və Bolsonaru ABŞ-da seçkilərin saxtalaşdırıldığını hiss edib, Baydeni təbrik etməyə tələsməyib.
Tramp Ağ Evə qayıtmaq ümidində olsa da, artıq İsrailin perspektivlərində mövcud deyil. Netanyahunun ana söyüşünü Trampa qaytarması göstərir ki, Tramp bir daha prezident kreslosunu görməyəcək. Belə bir hadisə baş versə, İsrail Trampı aradan götürə bilər. Hazırda Tel-Əviv təbliğat aparır ki, İran general Süleymaninin intiqamı olaraq Trampı terror edəcək. Bəzi ekspertlər bu təbliğatın pərdəarxasından yazıb, İsrailin özünün Trampa qarşı terror planı olduğunu proqnozlaşdırıb.