Netanyahu ABŞ-a gedir amma Baydenlə görüş olmayacaq
Sentyabr 11, 2023
Deyilənlərə görə gələn həftə Amerikaya gedən sionist baş nazirin prezident Co Bayden və digər rəsmilərlə görüşməyəcək.
Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, dünən (10 sentyabr) Benyamin Netnyahu Amerikaya səfər edəcəyini, amma ehtimal üzrə Co Baydenlə görüşməyəcəyini deyib.
Məlumatda həmçinin deyilir: Sentyabrın 18-də baş tutacaq bu səfər Netanyahunun baş nazir kimi fəaliyyətindən sonra Amerikaya ilk səfəridir. O, əvvəl San Fransiskoda “Cilikon Vole” zəminində görüşləri olacaq. Sonra Nyu Yorkda BMT baş assambeleyasında iclasa qatılacaq.
Netanyahunun sözçüsünün dediyinə görə bu səfər çərçiəsində onun əvvəlki səfərlərindən fərqli olaraq heç bir ABŞ rəsmisi ilə görüş planı yoxdur.
ABŞ prezidenti Co Bayden Netanyahunu “məhkəmə islahatı” üçün dəfələrlə tənqid edib və bu layihənin İsrailin “demokratiya”sına zərbə hesab olunduğunu deyib.
Qeyd edək ki, faktiki olaraq sadəcə formal xarakterli işğalçı rejim prezidenti İshaaq Hertzoq ötənlərdə Co Baydenlə görüşmüşdü. İyul ayında isə Ağ Ev Bayden-Netanyahu görüşünün cari ilin sonunda baş tutacağını elan etmiş, daha sonra isə görüşün Ağ Evdə olmayacağını bildirmişdi.