QafqazTimes.com liveuamap-a istinadən xəbər verir: Aİ-nin və NATO-nun hərbi attaşeləri Ermənistanın Gümrü hərbi bazasına baxış keçirib. Məqsəd qalmaqala səbəb olan 4 Su-30SM qırıcılarını yerində yoxlamaq olub. Türkiyə mətbuatında xəbər yayılmışdı ki, Ermənistanın Rusiyadan aldığı 4 qırıcı Ukraynada hərbi əməliyyatlarda iştirak edir. Paşinyan bu xəbəri inkar etsə də, Aİ və NATO məlumatı yerində yoxlamaq qərarına gəlib.
Şübhəsiz ki, belə şayiələr yeində yoxlanmır. Aİ və NATO-nun Ermənistanda baxış keçirməsi təkcə şübhəyə görə deyil, həm də Ermənistanla isti münasibətinə görədir. Qərb Ermənistanı özünə dayaq nöqtəsi kimi çoxdan diqqət mərkəzində saxlayır. Bu baxışda da məqsəd gələcək əməkdaşlıqlar üçün imkanların dəyərləndirilməsi ola bilər. Ermənistan parlamentində bu baxışa etirazlar səslənib: Azərbaycan hərbi təcavüz edəndə səsləri çıxmır, indi öz evlərindəki kimi baxış keçirirlər!


