Bu gün səhər tezdən İordan çayının qərb sahilində fələstinli müqavimət dəstələrinin sionist hərbçilərlə qarşıdurmasında 3 işğalçı hərbçi yaralanıb.
Əl-Aləm telekanalının məlumatına əsasən, fələstinli gənclər qumbara ilə sionistlərin hücumuna cavab verib və partlayış nətcəsində hərbçilər yaralanıb.
Sionist mediaları şəhərin şərqində Həzrət Yusifin (ə) məqbərəsinə hücum nəticəsində qarşıdurmanın yarandığını elan ediblər.
Məlumata görə bu qarşıdurmadan sonra Kəfər Qəlil qəsəbəsinə də sionist hərbçilər ezam edilib. Amma bu ezamın səbəbi barədə məlumat verilməyib.
Xatırladaq ki, dünən Fələstin Qızıl Aypara Cəmiyyəti dünən 28 fələstinlinin yaralandığından xəbər vermişdi. Deyilənlərə görə işğalçı rejim Tel-Əvivin radikal hahamlarını qızışdırmaq üçün hərdənbir Həzrət Yusifin (ə) məqbərəsinə basqın edir, fələstinlilər də onlarla qarşıdurmadan dayanmırlar.
1 şərh
Code Promo 1xBet https://www.planeterenault.com/UserFiles/files/?code_promo_69.html