Fələstin səhiyyə nazirliyi sionist rejimin Nablosda 3 fələstinli gənci şəhid etdiklərindən xəbər verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Fələstin səhiyyə nazirliyi bu gün (22 may) elan edib: Sionist rejim hərbçilərinin Nablosun şərqindəki Blate düşərgəsinə basqını nəticəsində 3 fələstinli gənc şəhid olub və bir nəfər də yaralanıb.
Fələstin Özünüidarə Təşkilatı XİN-i bu hücumu tənqid edərək bəyanatla elan edib: İşğalçı rejim cinayətkarlıqlarının davam etməsi təəssüfləndirici haldır və günahsız insanların həlak edilib və yaralanması qəbuledilməzdir.
Bəyanatda həmçinin deyilir: Bu hücumun məsuliyyəti sionist rejimin üzərinə düşür və biz bu saxtakar rejimlə mübarizə və təcavüzkarlıqlarına son vermək üçün dünya ictimaiyyətindən Fələstin xalqına dəstək vermələrini tələb edirik.