Qafqaztimes xəbər verir ki, Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah Məhərrəm ayının beşinci gecəsində etdiyi çıxışda müxtəlif situasiyalarda məsuliyyətli və vicdanlı olmağın vacibliyinə təkid edib.
Hizbullah baş katibi çıxışında belə qeyd edib: “Bu gün bəziləri soruşur ki, bizim İmam Hüseyn (ə) qarşısında durumumuz necədir? Və bu duruma necə qane ola bilərik? Hüseyn (ə) böyük hədəflər üçün ayağa qalxdı, buna görə də (bu qiyamı) kiçik bir döyüşlə məhdudlaşdırmamalıyıq? İmam Hüseyn (ə) Kərbəlaya İslamı qorumaq və ümməti islah etmək və sistemi Peyğəmbərin (s.ə.a s) gətirdiyi sistemə qaytarmaq üçün gəldi. Hüseyn (ə.s) çox çətin bir dönəmdə qiyam etdi.
Seyid Nəsrullah, “Hüdeybiyyə” sülhü ilə edilən müqayisələr haqqında belə deyib: “İsraillə sülh haramdır, çünki siz Fələstin xalqına məxsus torpaqdan işğalçıların xeyrinə olaraq imtina edirsiniz. Bu məntiqsiz və qeyri-insani bir sülhdür. Hüdeybiyyə sülhü ilə nə əlaqəsi var? Bu qadağandır!”
Seyid Nəsrullah ötən gecələrdəki çıxışında bəzilərinin Livan böhranında katalizator rolu oynadığını vurğulayaraq, müqavimət tərəfdarlarını psixoloji və media müharibəsini ciddi tutmağa çağırıb.