Venesuelanın prezidenti Avropa ölkə rəhbərlərinin Qurani Kərimə edilən hörmətsizlik qarşısında sükutunun təəssüfləndirici olduğunu deyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nikolas Maduro deyib: Mən sükutu ilə cinayətə şərik olanları pisləyirəm.
Maduro həmçinin qeyd edib: Mən şəxsən dünya xristianlarından bunu soruşmaq istəyirəm ki, İsveç yaxud Danimarkada və ya hər hansı bir ölkədə xristianların müqəddəs kitabı yandırılarsa, hansı hissləri keçirərdiniz?
Venesuela prezidenti özünün də bir xristian olduğunu xatırladaraq deyib: Mənim müqəddəs kitabımı kimsə yandırarsa, mən çox qəzəblənərəm. Ümumiyyətlə müqəddəs kitabların yandırılması böyük bir təhqirdir və mən dünya müsəlmanlarını tamamilə anlayıram.
Müsəlmanlar əleyhinə nifrət oyadanların rəftarlarını tənqid edən Maduro həmçinin vurğulayıb: Qurani Kərimə ehtiramsılıq edən Qərb ölkələrin radikal və irqçi qruplarının bu rəftarı qəbuledilməz cinayətdir.