Mərakeşin xarici işlər naziri bir daha Fələstin məsələsinin ədalətsizcəsinə davam etdiyini vurğulayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Mərakeşin xarici işlər rəhbəri Mavrianiyada keçirilən İslam Əməkdaşlıq Təşkilatı şurası XİN başçılarının 49-cu sessiyasında deyib: Mərakeş dövləti Fələstin məsələsinin önəm verir və öz siyasətlərində prioritet məsələlərdən biri hesab edir.
Nasir Bovritte Mərakeş kralı 6-cı Məhəmmədin siyasətlərinə işarə edərək Fələstin xalqının qanuni hüquqları, Qüds müdafiəsi, dini şəxsiyyətlərinin qorunmasına dəstək olduğunu elan edib.
Mərakeş xarici siyasət departamentinin rəhbəri həmçinin vurğulayıb: Ölkə kralı terrorizmin mənşəyinin kəsilməsi, radikalların dinə verdiyi zərərlərin qarşısını almaq üçün islam ölkələrinin əməkdaşlıq etməsini istəyir.
1969-cu ilin 25 sentyabr tarixində Rabat şəhərində (Mərakeş Krallığı) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən İslam Konfransı Təşkilatı (İKT) yaradılmışdır.