Livan Hizbullah hərəkatı işğal olunmuş Fələstinin şimalında sionist rejim ordu qərargahını hədəfə aldığını elan edib.
İRNA-nın məlumatına əsasən, Livan Hizbullahı bu gün (18 iyun) elan edib: Sionistlərin Beyt Hələldəki hərbi qərargahını katyuşalarla hədəfə aldıq.
Bu bəyanatla eyni zamanda sionist rejim mediaları Livanın cənubundan Keryat Şamuna qəsəbəsi və ətrafına 10 raketin atıldığını elan edib.
Sionist medialar Keryat Şamuna və işğal olunmuş Fələstin torpaqlarında təhlükə siqnallarının əhalini qorxutmasından xəbər veriblər.
Qeyd edək bundan əvvəl də Livan Hizbullahı müxtəlif bəyanatlarda ölkə sərhədində yerləşən sionist rejimin Əl Minarə hərbi düşərgəsinə hücum etdiklərini elan etmişdi.