Türkiyənin İzmir vilayətində İsveçin Fəxri Konsulluğu binası qarşısında silahlı hücum olub.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu barədə İzmir valiliyindən açıqlama verilib.
Məlumata görə, müxtəlif nahiyələrindən yaralanan və həyati təhlükəsi olan qadın xəstəxanaya yerləşdirilib.
Hücumu törədən şübhəli şəxs isə əlindəki tabança ilə saxlanılıb. Deyilənlərə görə hücum edən şəxsin psixoloji problemləri var. Polis araşdırma aparır.
Ekspertlərin fikrincə son zamanlar İsveç və Danimarkada islam müqəddəsləri və Qurani Kərimə olan ehtiramsızlıq faktları siyasi və diplomatik problemlərlə yanaşı müsəlmanların əhval-ruhiyyəsinə mənfi təsir göstərib.