İstanbulun Sancaktepe rayonunda qohumu ilə ədavət aparan şəxs onu mağazanın qarşısına qədər təqib edib və daha sonra silahdan atəş açmağa başlayıb.
Hadisə anbaan mağazanın müşahidə kameraları tərəfindən qeydə alınıb.
Hücuma məruz qalan şəxs yaralanıb.
Daha sonra kamera görüntülərini incələyən mağaza sahibləri digər məqama da diqqət ediblər.
Belə ki, güllələnmə hadisəsi baş verməmişdən əvvəl, orta yaşlarında olan bir kişi siqaret almaq üçün satıcıya müraciət edir və siqaretin pulunu da masanın üstünə qoyur. Daha sonra mağazada məlum qarışıqlıq yaranır və müştəri həm pulunu, həm də siqareti götürərək aradan çıxır.
Hazırda polis tək silahdan atəş açan şəxsi yox, həmçinin oğurluq edən müştərini də axtarır.