Sionist mediaları İsrail ordusunda xidmət edən qadın hərbçilərin abort hallarının çoxalması nigaranlığa səbəb olub.
Təsnim İnformasiya Agentliyinin İsrailin TOV portalına istinadən verdiyi məlumatına əsasən, sionist rejim ordusunda xidmət edən qadın hərbçilər il ərzində hamilələyi sonlandırmaq üçün minlərlə abort həyata keçirirlər.
TOV yazır: Bu statsistika çox nigaranedicidir və orduda adi bir hal alması yəhudi ideologiyasına ziddir.
Dəyirmi masa proqramından sitat gətirən TOV daha sonra qeyd edir: Eksert Yuri Binski deyib ki, ilk növbədə dini təlimlərə sadiq olan yəhudi ordusunda belə hallar yalnız İsrail rejimi üçün deyil, hətta yəhudiliyə də zərbə vura bilər. Çünki ordunun vəzifəsi ölkəni qorumaqdır və belə işlər üçün deyil!
Sionist ordusunun hahamı Yəshaq Zaqa da bu məsələni etiraf edərək deyib: İl ərzində qadın hərbçilərimiz nikahdan kənar cinsi əlaqədə olduqları üçün minə yaxın abort həyata keçirib.
Yəshaq Zaqa İsrail ordusunda qadın iffətsizliyi problemi yaşadıqlarını da vurğulayaraq deyib: Orduda belə hallar yəhudilik mahiyyətinin bitməsi deməkdir.