Mübarək Ramazan ayının başlaması və sionist rejimin Qəzzə zolağında cinayətlərinin davam etməsi ilə 31 min nəfər fələstinlinin həlak olması və 2 milyona yaxın insanın ev-eşiyndən didərgin düşməsini nəzərə alaraq social media platformalarında İsrail mallarına boykot aksiyası daha qabarıq formada özünü əks etdirir. Sosial media vasitələrində bütün İsrail mallarına, xüsusilə də mübarək Ramazan ayında iftar süfrələrində İsrail ixracatı olan xurmaları almamaq, ondan istifadə etməmək məqsədi ilə “İsrail xurmaları ilə iftar etməyin” aksiyası bu gündən bütün dünya sosal medialarında müşahidə olunur.