QafqazTimes xəbər verir ki, Ən-Nəşrə saytının məlumatına görə, sionist rejim artıq xalqı üçün açıq şəkildə Livan Hizbullahının raket və pilotsuz təyyarələrinin bu rejimin təhlükəsizliyinə qarşı xətərlərindən danışır.
Bu barədə Walla saytı təhlükəsizlik mənbələrinə istinadən yazıb ki, İsrail 2006-cı ildə ikinci Livan müharibəsi başa çatdıqdan sonra bu ölkəyə qarşı hava hücumları təşkil etməkdən imtina edir. Bu onu göstərir ki, İsrail və Hizbullah 2006-cı ilin yayında İsrailin Livana təcavüzündən sonra yaranmış vəziyyət əsasında fəaliyyətlərini davam etdirirlər.
Sayt həmçinin yazıb: “İsrail son vaxtlar İsrail hava qüvvələrini və onun fəaliyyətini təhdid edən mesajlar alıb. Bu, Livan müqavimətinin hava hücumundan müdafiə sistemlərinə malik olduğunu elan etməsindən sonra baş verib. Belə ki, Livan Hizbullahının pilotsuz təyyarələrinin İsrailin hava məkanını poza bilməsi və qırıcı və müdafiə sistemlərinin onu vura bilməməsi təhlükəli strateji uğursuzluqdur.”
İsrail ordusunun məlumatına görə Hizbullah son vaxtlar müxtəlif mesajlar göndərərək hava münaqişəsi qaydalarının əvvəlkindən fərqli olduğunu vurğulayıb.
Sayt belə əlavə edib: “Hizbullah son dövrlərdə öz hava hücumundan müdafiə sistemləri barədə qəsdən açıqlama verməyə başlayıb.”
“Jerusalem Post” daha əvvəl Hizbullahın 2000 PUA-ya sahib olduğunu yazmışdı. Bu dronların çoxu qabaqcıl texnologiyaya malikdir. Hizbullah bu pilotsuz təyyarələrdən İsrailin strateji hədəflərinə qarşı hücumlarda istifadə etmək niyyətindədir.
Walla saytının hərbi məsələlər üzrə analitiki Əmir Buhbut Tel-Əvivdəki təhlükəsizlik mənbələrinə istinadən bildirib: “Hizbullahın hərbi pilotsuz təyyarələri İsrailin bütün dərinliklərini hədəfə almağa qadirdir və bu pilotsuz təyyarələrin işə salınması müstəqil və avtomatikdir.”
