QafqazTimes.com The Jerusalem Post-a istinadən xəbər verir: Fələstin Muxtariyyatı (sazişçi Fələstin dövləti) xarici işlər nazirinin baş siyasi müşaviri Əhməd Əl-Dik Amerika və İsrailin bu qurumu Fələstin xalqının gözündən saldığını bildirib. Əl-Dik deyib ki, İsrailin atdığı addımlar, Amerikanın qətiyyətsiliyi nəticəsində Fələstin xalqı Fələstin Dövlətinə inanmır. Müşavir bildirir ki, İsrail danışıqlardan imtina edir, ABŞ Fələstin xalqına verdiyi vədləri yerinə yetirmir.
Fələstin Dövləti deyilən qurum 1994-cü ildə İsraillə razılaşma əsasında yaradılıb. Dövləti Fələstin Azadlıq Təşkilatı (FAT) yaradıb. Əvvəlcədən ictimai fikir bu dövlətə qarşı olub. Fələstin xalqı düşünür ki, bu dövləti İsrail öz mənafelərinə xidmət üçün yaradıb. Amma Tel-Əviv ona xidmət edənlərə qarşı da rəhmsizdir.
