Qəzzə zolağında 9 aylıq müharibədən sonra sionist rejim mediaları Qəzzənin kontrolunun hələ də Həmasın əlində olduğunu və gələcəkdə də belə olacağını etiraf edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrailin Valla informasiya agentliyi bu gün (6 iyul) yazıb: Əl Şücaiyyə məntəqəsindəki döyüşlər Həmasın hələ də Qəzzədə kontrolu olduğunu sübut etdi.
Vallanın hərbi eksperti Amir Buhubut yazır: İsrailin xüsusi təyinatlı hərbçiləri hətta aeroimkanlardan istifadə etdikləri bir halda tunellərdə hələ də Həmasla qızğın döyüşlər aparırlar.
Amir Buhbutun qənaətinə görə Əl Şücaiyyə məntəqəsindəki döyüşlər zamanı sionist hərbçilər tunellərdən başqa çoxlu miqdarda raket və hərbi sursat olan yeraltı hərbi bazalar aşkarlayıblar. Bu isə Həmasın hərbi gücünə işarədir və bu məntəqədə müharibə həmişə olduğu kimi davam edəcəyini göstərir.
Mearyo qəzetinin məlumatına görə Qəzzəni Həmasdan başqa qüvvələrin idarə etməsi imkansızdır.