Sionist rejim televiziyası Fələstinin dronunu vurduqdan bir gün sonra “dəmir qübbə” sisteminin zəiflik qüsurları barədə məlumat yayımlayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İsrailin Kan televiziyası dünənki (21 avqust) proqramlarından birində fələstinli dronları vurmaqda aciz qalan “dəmir qübbə” sisteminin qüsurlarının araşdırıldığından xəbər verib.
Məlumata görə Qəzzə zolağında bir fələstinli dronun vurulma xəbərindən bir gün sonra Maaryo qəzeti yazıb: Həmas adətən İsrailin müdafiə sisteminin potensialını yoxlamaq üçün bir sınaq dronu göndərir və bizim dəmir qübbəmizin gücü dronların məhv edilməsində bəzi bacarıqsızlıq müşahidə olunduğu üçün yenidən bu məsələnin tədqiq edilməsi gərəkdir.
“Dəmir Günbəz” İsrailin “Rafael Advanced” şirkəti tərəfindən istehsal edilib və 2011-ci ildən etibarən İsraildə istifadə olunur.
Xatırladaq ki, İsrailin “Rafael” müdafiə şirkəti və ABŞ-ın “Raytheon” şirkəti ilə birgə yaradılan “Dəmir günbəz” müdafiə sistemi özünü qısamənzilli raketləri məhv etmək üçün ən təsirli vasitələrdən biri kimi göstərib. Amerika bu sistemin uğurlu olduğunu nəzərə alaraq 2011-2013-c illədrə İsrailə bu sistemin istehsalı üçün 900 milyon dollar məbləğində vəsait yardım edib.
1 şərh
You should take part in a contest for one of the greatest blogs on the web. I most certainly will recommend this website!