İspaniyanın xarici işlər naziri ölkəsinin Fələstin dövlətinin sülhsevər və humanitar prinsiplər əsasında olduğu üçün ədalətin bərpası naminə rəsmi surətdə tanıdığını elan edib.
İRNA-nın məlumatına əsasən, Jose Manuel Albares bu gün (21 iyun) Qətərin Əlcəzirə telekanalı isə müsahibəsində deyib: Biz hamımız Fələstin dövlətinin qurulması üçün sülh konfransı təşkil etməliyik.
Manuel Albares qeyd edib: Yaxın Şərqdə vəziyyət dəyişməzsə, gərginlik daha da şiddətlənəcək.
İspaniya XİN başçısı Ukrayna üçün nəzərdə tutulduğu kimi Yaxın Şərqdə də belə standardların tətbiq olunma zərurətinə işarə edərək deyib: Biz mülki insanların qurban olmasını istəmirik və onların qorunması barədə düşünürük. Biz Ukrayna və Qəzzə arasında heç bir fərq görmürük. Albares həmçinin hərbiçilərlə mülki insanlar arasında fərqlərin qoyumamasından da narahatlığını ifadə edib.