Fələstin İslami Cihad və Həmas Hərəkatları Rəfəhə hər hansı bir quru hücumlarının nəticələri barədə xəbərdarlıq edib.
İRNA-nın məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatı siyasi bürosunun üzvü Ehsan Ətaya deyib: Rəfaha qurudan hücum edilərsə, müqavimətin sionistləri ağır itki və tələfatla cavablandıracaqlarına əminik.
Məlumata görə Həmasın Livan nümayəndəsi Əhməd Əbdül Hadi isə bu barədə deyib: İşğalçı rejimin baş naziri Benyamin Netanyahunun Rəfəhə quru əməliyyatı ilə hədə-qorxusu müqaviməti müzakirə şərtlərindən əl çəkməyə məcbur etmək məqsədi daşıyır.
Əbdül Hadi vurğulayıb: Rəfəhə hücum regionda Amerikanın istəmədiyi reaksiyalara səbəb olacaq. Netanyahu qumar oynayır.