Fələstin İslami Cihad Hərəkatının baş katibi Amerikanın sionist rejimə lazımi təzyiqləri göstərməməsi ilə Qəzzə atəşkəsi üçün əsas maneə olduğunu deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Məhəmməd Əl Hindi dünn axşam (26 avqust) deyib: Amerika İsrailə gərəkli təzyiqləri göstərməməklə Qəzzədə atəşkəsə əsas maneədir. Netanyahu razılaşmaq istəmir. Biz Qahirədə keçirilən müzakirələri nəzərdən keçirdikdə Həmasın tələblərinin Fələstin xalqının və bizim istəklərimizlə üst-üstə düşdüyünü müşahidə edirik.
Filadelfiya məsələsində Netanyahunun əsas məqsədinin təhlükəsizlik deyil, sırf siyasi bir məsələ olduğunu vurğulayan Məhəmməd Əl Hindi əlavə edib: Rəfəh keçidi daxili bir məsələ olduğu üçün sırf Fələstinə məxsusdur. Bu keçidin idarə edilməsi barədə qərarlar bizə qəbul etdirilən iş deyil.
Əl Hindi sonda deyib: Amerika sırf Ağ Evin mənafeyinə uyğun Qəzzə məsələsini həll etməyə çalışır.