İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei müsəlman xalqlara və regionun qeyrətli gənclərinə müraciətində vurğuladı:
Müqavimət cəbhəsi əvvəlki kimi öz görkəmli şəxslərinin şəhidliyi ilə mübarizədən əl çəkmədiyi kimi
Sinvarin şəhadəti ilə də dayanmayacaq inşallah. HƏMAS diridir və yaşayacaq.
O, müqavimətin və mübarizənin parlaq siması idi; O, qəddar və təcavüzkar düşmənə qarşı polad qətiyyətlə dayanmışdı; Cəsarətlə ona sillə vurdu; O, bu bölgənin tarixində düşmənə dözülməz 7 oktyabr zərbəsini yadigar qoydu; Sonra isə şərəf və qürurla şəhidlərin meracına uçdu.
Onun kimi ömrünü qəsbkar və qəddar düşmənə qarşı mübarizədə keçirən birinin haqq şəhadətindən başqa sonu yoxdur.
Təbii ki, onun itkisi müqavimət cəbhəsi üçün ağrılıdır, lakin Şeyx Əhməd Yasin, Fəthi Şaqaqi, Rentisi və İsmayıl Həniyə kimi görkəmli şəxsiyyətlərin şəhadəti ilə bu cəbhənin müqavimti dayanmadı.
Və Sinvarın şəhadəti ilə də dayanmayacaq; Allahın izni ilə HƏMAS diridir və yaşayacaq.
Həmişə olduğu kimi, biz mücahidlərin və ixlaslı döyüşçülərin yanında olacağıq; Allahın köməyi ilə!
Qardaşımız Yəhya Əl-Sinvarın şəhadəti münasibəti ilə ailəsinə, yoldaşlarına və bütün mücahidlərə və onları sevənlərə təbrik deyir, itkisinə görə başsağlığı verirəm.
Allahın saleh bəndələrinə salam olsun.