İraq İslami Müqaviməti Fələstin xalqına dəstəklərinin davamında sionist rejimin işğal olunmuş Cövlandakı hərbi düşərgəsini dronla hədəfə aldığını elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqaviməti bu gün səhər (8 aprel) İsrail rejiminin işğal olunmuş Cövlanda yerələşən çox həssas Yardan düşərgəsinə pilotsuz təyyarə ilə hücum etdiyindən xəbər verib.
İraq İslami Müqaviməti dəfələrlə sionist rejimə Qəzzə zolağında cinayətlərini dayandırmayana qədər xüsusilə də mübarək Ramazan ayında hərbi mövqelərinə hücum edəcəkləri və daha da şiddətləndirəcəkləri barədə xəbərdarlıq etmişdi.