QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi bir açıqlamada Mossad casus təşkilatının 4 əməliyyat qrupunun “İmam Zamanın (ə) anonim əsgərləri” tərəfindən müəyyən edilərək həbs edildiyini açıqlayıb.
Bu bəyanatda deyilir: “İmam Zamanın (ə) anonim əsgərləri”nin peşəkar və yorulmaz səyləri ilə Mossad casus təşkilatının dörd əməliyyat qrupu müəyyən edilib və onların bütün üzvləri həbs edilib.
Qeyd edək ki, saxta və cinayətkar sionist rejim ötən həftələrdə İranın bir sıra bölgələrində baş verən iğtişaşlardan istifadə edərək, bir sıra əməliyyat qruplarına rəhbərlik etməklə bir neçə birgə terror əməliyyatları həyata keçirmək niyyətində olmuşdur. Lakin əməliyyatların keçirilməsindən əvvəl bütün terrorçular həbs olundu.
Məlumata görə bundan əlavə, Mossad-ın bir Avropa ölkəsindəki casusundan da bəzi ipuçları əldə olunub ki, araşdırmalar başa çatan kimi nəticələr açıqlanacaq.