İran İslam Respublikasının prezidenti ölkəsinin sionist rejim mövqelərinə raket hücumlarından sonra “X” sosial media hesabında paylaşım edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Məsud Pezeşkian bu gün (1 oktyabr) X sosial media hesabında yazıb: Bu, gücümüzün yalnız bir hissəsidir: İranla münaqişəyə girməyin! Netanyahu bilsin ki, İran müharibə istəmir, lakin istənilən təhlükə qarşısında qətiyyətlə dayanır!”.
Qeyd etmək lazımdır ki, bu gün (1 oktyabr) İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da işğalçı İsrailə raket zərbəsi endirdiyini açıqlayıb və sionist rejimə xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək.
İşğalçı İsrail rejimi Ordusu İranın raket hücumundan sonra İsrailin hər yerində hava hücumu xəbərdarlığı elan edildiyini bildirib. Sionist rejim sakinlərinə təcili sığınacaqlara getmək əmri verilib.
Məlumata görə İran İsraildəki hədəflərə 220-dən çox ballistik raket atıb. ABŞ ordusu İsraili bu hücumdan müdafiə etmək üçün İsrail müharibə qüvvələri ilə yaxından əməkdaşlıq edib. ABŞ administrasiyası hücumlara cavab olaraq bildirib ki, İsrailə qarşı hazırkı raket hücumu İran üçün ciddi nəticələr verəcək.