İran XİN sözçüsü Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinin Ukrayna müharibəsində Rusiyaya dəstək verdiyinə görə İrana qarşı yeni ittihamlarına görə xəbərdarlıq edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani dünən gecə (13 sentyabr) deyib: Avropa İttifaqı səhv məlumatlar verməkdən çəkinərsə, daha yaxşı olar.
Nasir Kənani həmçinin qeyd edib: Bir daha İranın Ukrayna müharibəsi zəminində şəffaf mövqeyini xatırladaraq Rusiyaya ballistik raket tədarükü barədə xəbərlərin yalan olduğunu vurğulayırıq. Elə bu cəhətdən də Avropa İttifaqının yalan məlumatlara əsaslanmasından çəkinməsini istəyirik.
İran XİN sözçüsü qərblilərin İranın embarqo qoyulmuş silahlardan istifadə etməsi barədə iddialarına münasibət bildirərək deyib: Təəssüflər olsun ki, bəzi qərb mediaları İranın sanksiya xəbərlərinə adətkərdə olub və bundan mənfəət əldə edirlər. Əlbəttə İran bu ittihamların cavabını da qətiyyətlə verəcək.