İran yeni “Tulu 3” və “Nahid 2” süni peykinin təqdimatını keçirib.
Əl-Aləm telekanalı İran İslam Respublikası Ordusunun hava qüvvələri “Tulu 3” və “Nahid 2” adlı avia peykinin istismara hazır olduğundan xəbər verib.
Məlumata əsasən,“Tulu 3” (günəşin doğması) adlı yeni nəsil peyki İran Kosmik Araşdırmalar Mərkəzinin sifarişi əsasında istehsal edilib və Rabitə Sənaye Birliyinin (Sa İran) elektron şirkəti mütəxəssisləri tərəfindən layihələşdirilərək istehsala verilib.
“Tulu 3” peyki İranda istehsal olunan digər peyklərdən 150 kg ağırdır və ağ-qara 5 metr, rəngli 10 metr təsvir dəqiqliyi ilə Yerdən 500 km uzaqlıqdakı orbitdə yerləşəcək.
“Nahid 2” telekommunikasiya peyki isə İran Kosmik Araşdırmalar Mərkəzinin sifarişi ilə kosmoloji tədqiqatçılar tərəfindən istehsal edilib.
Bu telekommunikasiya xarakterli süni peyk Yer orbitində yerləşdirilən digər yerli peyklərlə əlaqə yaratmaq potensialına malikdir. 2 il istehsal qabiliyyəti olan “Nahid 3” peyki Yerdən 500 km uzaqlıqda rabitə əlaqələrinin inkişafına kömək edəcək.
Xatırladaq ki, “Yeni nəsil peyk istehsalı İran İslam Respublikasının kosmosda daimi hüzurü üçün atdığı böyük addımdır və kosmos sahəsində böyük nailiyyət deməkdir. İran süni peyk buraxan ölkələr klubuna qoşulduqdan sonra indiyədək çoxlu sayda tədqiqat və rabitə peyklərini konstruksiya və istehsal edib.