Amerika və İngiltərənin bu gün səhər saatlarında Yəmənin Səədə məntəqəsini hədəfə almasına rəğmən, Qırmızı dənizdə İsrailə dəstək məqsədilə göndərdiyi yük gəmisi hücuma məruz qalıb.
Təsnim İnformasiya Agentliyinin Embry gəmi təhlükəsizliyi şirkətinə istinadən verdiyi məlumata əsasən, bu gəmiyə hücumun məsuliyyətini hələ heç bir qrup öz üzərinə götürməyib. Amma son zamanlarda baş verən hadisələrə görə intiqam xaraterli olduğu proqnozlaşdırılıb.
İnsident Yəmənin qərbində yerləşən Hudəydə limanı yaxınlığında baş verib. Gəmiyə dronla hücum edilib.
Yəmən silahlı qüvvələri sionist rejimin Qəzzə zolağına amansız hüscumlarından sonra Qırmızı dəniz və Babul Məndəb boğazında İsrail məqsədli gəmilərinə keçid icazəsi verməyəcəklərini elan edib. Bu səbəbdən də Ameria sionist rejimin Qəzzədə soyqırımına dəstək üçün Yəmən əleyhinə İngiltərə ilə koalisiya yaradaraq Yəməni hədəfə alır.