Əl Məyadin telekanalı Hizbullah 6 pilotsuz uçuş aparatı ilə Glilot bazasındakı hədəfləri yüksək dəqiqliklə vurduğundan xəbəe verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Livan Hizbullahı Ərbəin əməliyyatı ilə İsrailin “8200” kəşfiyyat bölməsini hədəfə alıb və işğalçı rejimin hava hücumundan müdafiə sistemlərinə nüfuz edib.
İnformasiya qaynaqları həmçinin pilotsuz uçuş aparatlarının Glilot bazasındakı hədəfləri yüksək dəqiqliklə vurduğunun qəti şəkildə təsdiqləndiyini və İsrailin baza ətrafında bir neçə kilometr dərinlikdə möhkəm təhlükəsizlik kordonu qurduğunu, bir neçə saat həm mülki, həm də hərbi personalın girişini məhdudlaşdırdığını da vurğulayıblar.