Çərşənbə axşamı sionist rejim cinayət əməli ilə Livanda müəyyən sayda peycer cihazını partladıb.
Qafqaztimes xəbər verir ki, sionist rejimin cinayətinin müqavimət qüvvələrinin cihad əzmini ikiqat artırdığını vurğulayan Livan Hizbullahı, işğalçı rejimin bu cinayətinin əvəzini ağır ödəyəcəyinə işarə edib.
Bu bəyanatda əlavə edildi: Bu cinayət bizim cihad yolunda əzmimizi ikiqat artıracaq.
Livan İslami Müqaviməti şəhidlərin ailələrinə başsağlığı verib və sionist rejimin çərşənbə axşamı Livanda rabitə vasitələrini (peyjerləri) partlatmaqla törətdiyi cinayətin yaralılarına Uca Allahdan şəfa istəyib.
Bəyanatın davamında bildirilib: Ötən günlərdə olduğu kimi, biz Qəzzəni və onun müqavimətini dəstəkləməyə, Livanı, millətini və suverenliyini müdafiə etməyə davam edəcəyik. Bu yol davam edir və cinayətkar düşmən çərşənbə axşamı millətimizə və mücahidlərə qarşı törətdiyi cinayətin əvəzini ağır ödəyəcək.
Livan Hizbullahı çərşənbə axşamı günü verdiyi bəyanatda belə elan etdi: Çərşənbə axşamı günorta saat 15:30 radələrində Hizbullahın müxtəlif bölmə və qurumlarının bir sıra işçiləri tərəfindən istifadə edilən bir sıra “peyjer” mesaj qəbuledici cihazları partladılıb, bu zaman bir balaca qız həlak oldu, çoxlu sayda insan yaralandı.
Alalam
2 şərhlər
selamat datang di situs toto togel terpercaya, situs toto daftar
selamat datang di situs toto togel terpercaya, situs togel daftar