Haartes qəzeti ABŞ prezidentinin G20 sammitində təklilf etdiyi İsrail-Ərəbistan dəmiryol layihəsində təhlükə ehtimallarının nəzərdə tutulmamasından danışıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Haartesin yazdığı məqalədə İsrail-Ərəbistan dəmiryol layihəsinin perspektivləri araşdırılıb.
Analitik yazıçı Tsfi Briel yazır: Böyük imtiyazları olan bu layihənin ABŞ tərəfindən dəstəklənməsinə baxmayaraq İsrail üçün iqtisadi baxımdan parlaq olması ilə yanaşı çox böyük təhlükə riskləri də vardır ki, G20 sammitində bu barədə söz açılmayıb.
Brielin yazdığına görə ABŞ təhlükəsizlik müşaviri Seyk Sullivan bu layihənin İsrail-Ərəbistan münasibətlərinin normallaşmasının müjdəçisi kimi dəyərləndirib və deyib ki, layihə coğrafi inkişaf üçün böyük bir ideyadır və İsrail bu layihəni qəbul edərsə, digər ölkələr də dəstək olaraq ona qoşulmağa can atacaqlar.
Xatırladaq ki, G20 liderlərinin Bharatın (Hindistanın) paytaxtında keçirilən görüşü qlobal əhəmiyyətli bir layihənin başlamasının elan olunması ilə yadda qaldı. Söhbət Hindistan-Afrika-Avropanı birləşdirən iqtisadi, texnoloji və enerji dəhlizindən gedir – İndia – Middle East – Europe Economic Corridor / İMEC). Avropa Komissiyasının açıqlamasına görə, Avropa İttifaqı, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Yeni Dehlidə Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılaşma imzalayıblar: “Bu dəhliz müasir rabitə infrastrukturu vasitəsilə üç regionu birləşdirməklə onlar arasında münasibətləri yeni səviyyəyə çıxaracaq, vətəndaşlar, müəssisələr üçün məhsul və enerjiyə təkmil çıxış imkanı yaradacaq”.