Həmas siyasi bürosunun katibi müqavimət dəstələrinin endirdiyi zərbə nəticəsində saxtakar rejim hərbçilərinin Qəzzədən çıxdığını bildirib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsmail Həniyyə sionist hərbçilərin Qəzzədən qovulmasının ildönümü mərasimində deyib: təqribən Qəzzə zolağının 40%-ni işğal etmiş 21 sionist qəsəbəsində Fələstin bayrağının İsrail rejiminin işğalçılığına son demək mənasını daşıyır.
Həniyyə deyib: Müqaimətin bugünkü güclü strategiyası sionistlərin qüds və İordan çayı qərb sahilində sionist qəsəbələri salma cəhdlərini puç etməyə qadirdir.
Həmas rəsmisi daha sonra vurğulayıb: Onlar mütləq geri çəkiləcəklər və müqavimətin zərbələri çox ağır olacaq.
Qeyd edək ki, 2005-ci il avqustun 12-də Fələstin müqavimət dəstələri sionist rejim hərbçilərini Qəzzədən çıxarmışdı.