Həmasın alirütbəli lideri Qəzzə müharibəsinin bitməsi üçün zəmanət deyil, daimi atəşkəs istədiklərini vurğulayıb.
İRNA-nın məlumatına əsasən, Üsamə Həmdan bu gün (19 avqust) ABŞ-ın işğalmı rejimə lazımi təzyiqləri göstərməməsini qeyd edərək deyib: Sionist rejimin inadkarlığı Həması da hücumları şiddətləndirməsinə sövq edir. Biz bu müharibənin dayandırılması üçün kağız üzərində yazılmış zəmanət deyil, daimi atəşkəs istəyirik.
Xatırladaq ki, avqustun 15-də Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı Dohada məsləhətləşmələrin yeni mərhələsi başlayıb. Danışıqlarda İsraildən nümayəndə heyətləri və ABŞ, Misir və Qətərdən vasitəçilər iştirak ediblər.
HƏMAS-ın iştirak etmədiyi bu atəşkəs danışıqları heç bir nəticə verməyib.
Danışıqların nəticəsiz qalmasından sonra ABŞ Misirdə davam edəcək Qəzza atəşkəs danışıqlarında İsraili bəzi şərtlərindən imtina etməyə məcbur edir.
Tərəflər növbəti görüşü gələn həftənin sonunadək Qahirədə keçirmək barədə razılığa gəliblər.