Həmas bəyanat yayaraq sionist rejimin Yəmən, Suriya və Livana tıcavüzkarlıqları ilə “at oynatmaq” həvəsi kimi dəyərləndirib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Həmas bu gün (29 sentyabr) yayımladığı bəyanatda deyib: Sionist rejimin qardaş Yəmənə qarşı terror hücumları, Əl Hədidə limanında sosial əmlakı hədəfə almasıregiondakı böhranlı vəziyyəti daha da gərginləşdirir.
Bəyanatda həmçinin deyilir: Biz dost və qardaş Yəmən xalqı ilə həmrəyiliyimizi elan edir, Ənsarullah Hərəkatına ABŞ-sionist koalisiyasının hücumlarına rəğmən Fələstin müdafiəsinə israrlı olduqları üçün dərin minnətdarlığımızı bildiririk.
Bəyanatda eləcə də deyilir: Düşmən heç vaxt Fələstin və regionun digər möhkəm iradəli xalqına ruhi sarsıntı verə bilməz və heç vaxt Livan, Yəmən, İraq və Fələstin xalqının iradəsini zəiflədə bilməz.