Həmasın müzakirələr işləri üzrə rəsmisi Qəzzada sionist əsirlərin ölümünə görə İsrail baş nazirinin cavabdeh olduğunu deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Xəlil Əl Həyyə bu gün (2 sentyabr) deyib: Benyamin Netanyahu Filadelfiya (Səlahəddin) mehvərini girovların canından üstün tutdu və onun üçün əhəmiyyətli olmadığı üçün onları qurban verdi.
Xəlil Əl Həyyə əlavə edib: Amerikalı girov Herşin ailəsi üçün yayımladığı videogörüntüdən sonra onun gözətçiləri olan mücahidlərimizlə əlaqəmiz tamamilə kəsildi və bu gün onun cəsədini tapdıq.
Əl Həyyə həmçinin vurğulayıb: Netanyahu bizim girov mübadiləsində kompromis təkliflərimizi qəbul etmədi. Ötən aylarda biz vasitəçilərə atəşkəslə bağlı müsbət cavab versək də, düşmən buna Rəfəh keçidinə hücumla reaksiya verdi.