Həmas Hərəkatı fələstinli əsirlərə qarşı cinayət və vəhşiliklərin sionist rejim tərəfindən icra olan sistematik bir plan olduğunu vurğulayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Həmas bu gün (30 iyul) bəyanat yayaraq elan edib: Sionist düşmənin Qəzzə zolağındakı Seddi Timan hərbi düşərgəsində minlərlə fələstinli əsriə qarşı törətdiyi vəhşilik onların sistematik işgəncə planından xəbər verir və bu rejimin insanlıqdan uzaq cinayətin dünya ictimaiyyətinə nümayişidir.
Bəyanatda deyilir: Dünyada himayədar axtarmaqla məşğul olan faşist-sionist Nazirlər Kabineti sionist həbsxanalarında fələstinli əsirlərə qarşı sistematik bir işgəncə növlərini gizlətməyə çalışsa da, faktiki olaraq bunun başda radikal təhlükəsizlik naziri İtamar Ben Qvir tərəfindən təyin edildiyi hamıya məlumdur.
Bəyanatda həmçinin beynəlxalq təşkilat və qurumlardan fələstinli əsirlərə tətbiq olunan işgəncələr barədə araşdırmanın başlanılması vurulanaraq deyilir: Bu cinayətlərin də Haaqa məhkəməsinə təqdim olunması zəruri, beynəlxalq ictimaiyyətin fələstinli əsirlər əleyhinə icra edilən sistematik işgəncələrə görə sionist rejimin cəzalandırılması lazımdır.