Bildirilib ki, baş nazirlər həm təkbətək, həm də geniş tərkibdə görüş keçiriblər.
Məlumata görə, tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas istiqamətlərini və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan və İsrail Dövləti səmərəli əməkdaşlıq sahəsində mühüm təcrübəyə malikdir və iki ölkə arasında çox isti münasibətlər var.
Gürcüstan hökumət başçısı İsrail Dövləti ilə mövcud dostluq və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb və ölkələr arasında tərəfdaşlığın daim yüksək səviyyədə olduğunu qeyd edib.
Xatırladaq ki, sionist İsrail rejimi çirkin məqsədlərini həyata keçirmək üçün son illər Cənubi qafqaz ölkələri ilə diplomatik münsibətətlərini genişləndirməyə can atır.