QafqazTimes.com dünya mətbuatına istinadən xəbər verir:
…Fransada koronavirusun yeni ştammı tapıldı (Heute). Yeni ştammda 46 mutasiya var.
…Braziliyanın eks-forvardı Ronaldo koronavirusa yoluxub.
…İspaniyada qriplə koronavirusun smesi – flurona peyda olub.
…Taliban tonlarla alkoqolu (spirtli içkini) müsadirə edərək kanala axıdıb.
…Apple kompaniyasının bazar dəyəri 3 trln dollar dəyərləndirilib.
…Akademik Leo Bakeriya koronavirusa yoluxanlara tövsiyə edib ki, nəfəs yollarının bərpası üçün hər saatda bir dəfə 15 dəq ucadan kitab oxusunlar.
…İlon Maskın kapitalı bir gün ərzində 32 mln dollar artıb.
… Twitter-in blokladığı Tramp bu şəbəkəni “demokratiyanın resvayçılığı” adlandırıb.
…İsrailin hərbi helikopteri qəzaya uğrayıb.
…İranda koronovirusla mübarizə dünyaya nümunə ola bilər: ötən gün ölüm sayı 23 nəfərə enib.
…ABŞ-da İndiana Universitetində silahlı şəxs insanları girov götürüb.