Fransanın xarici işlər nazirliyi Sudandakı son hadisələrlə əlaqədar paytaxt Xartumdakı səfirliyini bağladığını elan edib. Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Fransa XİN-i bir bəyanat yayaraq Xartumdakı səfirliyini bağladığını elan etməsinə rəğmən, Routers bu xəbərin əksini yayımlayıb.
Sudanda aprelin 15-dən başlayan daxili gərginlikdən sonra ABŞ, İraq, Türkiyə, Ərəbistan və bir çox ölkələr Xartumdakı səfirliklərinin fəaliyyətini dayandırıb.
Sudanda silahlı toqquşmalar ötən həftənin şənbə günü səhər saatlarında silahlı qüvvələrlə çevid dəstək qüvvələri arasında başlayıb və atəşkəs elan edilməsinə baxmayaraq, ölkənin müxtəlif bölgələrində qarşıdurmalar davam edir.
Sudan ordusu və Çevik Dəstək Qüvvələrinin çarpaz hücumları nəticəsində ictimai əmlaka ziyan dəyib, Xartumun bəzi ərazilərində su və elektrik təchizatı kəsilib.