Finlandiyanın cənubundakı Vantaa şəhərində orta məktəbdə atışma nəticəsində altıncı sinif şagirdi ölüb.
Bu barədə yerli polis idarəsindən məlumat verilib.
Polis daha iki şagirdin ağır yaralandığını bildirib.
Hücum edən şəxsin və digər hadisə iştirakçılarının yeniyetmə olduğu, onların 12 yaşı olduğu ortaya çıxıb.
Hadisənin digər təfərrüatı və hücumun motivləri hələlik məlum deyil.
Qeyd edək ki, həmin məktəbdə 800-ə yaxın şagird təhsil alır və 90-a yaxın müəllim işləyir.