QafqazTimes xəbər verir ki, Finlandiyanın Milli Təhqiqat Bürosu ölkədə fəaliyyət göstərən cinayətkarların Ukraynaya göndərilən silahları, o cümlədən döyüş pulemyotlarını ələ keçirdiklərini üzə çıxarıb.
Sputnik xəbər agentliyinin məlumatına görə, Finlandiya Milli Təhqiqat Bürosunun baş detektivi Krister Ahlgren bazar günü deyib: “Biz bu silahların Finlandiyaya doğru yönəlməsinin əlamətlərini müşahidə etdik.”
Onun sözlərinə görə, bu məsələ ilə bağlı araşdırmalar davam edir və Ukraynadan Finlandiyaya qeyri-qanuni silahların keçirilməsinin yolları və əlaqələri müəyyən edilib.
Finlandiya rəsmisi həmçinin qeyd edib: “Böyük beynəlxalq təşkilatların bir hissəsi olan dünyanın ən böyük cinayətkar motosiklet dəstələrindən üçü Finlandiyada fəaliyyət göstərir. Bandidos MC adlı bu dəstələrdən birinin Ukraynanın bütün böyük şəhərlərində bölmələri vardır.”
Finlandiya Milli İstintaq İdarəsinin bu baş detektivi həmçinin bildirib: “Ukraynaya müxtəlif ölkələrdən göndərilən silahlar İsveç, Danimarka və Hollandiya kimi ölkələrdə tapılıb.”
O, belə qeyd edib: “Ukrayna böyük miqdarda silah alıb və bu yaxşıdır, lakin biz bir neçə onilliklər ərzində bu silahların yaratdığı problemlərlə məşğul olmalıyıq və bunun bədəlini burada ödəməliyik.”
Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin silah qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupların fəaliyyət məkanı olan Ukraynada “qara bazar”ın yaranması ilə bağlı xəbərdarlıqlar etmişdi.