Qafqaztimes xəbər verir ki, İraqın Ənnücəba islami müqavimət hərəkatının baş katibi Əkrəm Əlkəbi sionist İsrailin Yəmənin Hudəydə şəhərinə hücumuna münasibət bildirib.
O deyib: Müqavimət cəbhəsi Fələstini tək qoymayacaq və bu hücumun cavabını verəcək.
Artıq sionistlər hər an ölüm intizarındadırlar.
Fələstinli qardaşlarımızı dəstəkləmək məqsədi ilə, İsrailə qarşı əməliyyatlarımızı genişlədəcəyik .
Fələstin müqaviməti İsrail və Amerikanın qarşısında möhkəm dayanıb, onların gülünc vəziyyətdə olduqlarını dünyaya göstərdilər. Artıq İsrailin qadın və uşaq öldürməkdən başqa əlindən heç nə gəlmir.