Fələstin informasiya qaynaqları həbsdə olan İslami Cihad Hərəkatı üzvü Xızır Adnanın vəziyyətinin ağırlaşdığından xəbər verirlər.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, 79 gündür ki, sionist rejim həbsxanasında aclıq elan etmiş Xızır Adnanın vəziiyyəti həddən artıq kritikdir və ölüm təhlükəsi yaşayır.
Verilən məlumata görə o, Əl Rəmlə həbsxanasında sionist rejimin 1948-ci ildə tikilmiş köhnə təchizatlı xəstəxaxnaya köçürüldükdən sonra onunla əlaqə kəsilib.
İordan çayının qərb sahilinin müxtəlif bölgələri sionist rejim həbsxanalarındakı fələstinli əsirlər, o cümlədən aclıq aksiyası keçirən Şeyx Xızır Adnana dəstək istiqamətində aksiyaların şahidi olub.
Fələstin İslami Cihad Hərəkatının rəhbərlərindən Şeyx Xızır Adnan müvəqqəti həbsinə etiraz əlaməti olaraq 50 gündən çoxdur ki, məhdudiyyətsiz aclıq aksiyasına başlayıb.