Fələstinə Azadlıq Xalq Cəbhəsi sionist rejimin Yəməni Fələstinə dəstək planından vaz keçirmək planlarının puça çıxdığını vurğulayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Fələstinə Azadlıq Xalq Cəbhəsi bu gün (31 dekabr) bəyanat yayaraq elan edib: Biz Yəmənin Ben Qurion hava limanı və Tel Əviv Elektrik stansiyasına bugünkü hücumları münasibətilə təbriklərimizi çatdırır, sionist düşmənin sizi Qəzzə xalqına dəstəkdən vaz keçirmək planlarının puça çıxmasını ən böyük uğur hesab edirik. Həmçinin Amerikanın Tromen esminesinin hədəfə alınması, Fələstin xalqına olan dəstəklərinizə görə təşəkkür edir, Yəmən xalqının bizə dayaq durması və müdafiə ruhunuzu dərin qiymətləndiririk.
Bəyanatda həmçinin Yəmən Ənsarullah Hərəkatı lideri Əbdül Məlik Əl Husinin müşayiətində yəmənlilərin Fələstinə qarşı məsuliyyətli müqavimət hissinə pərəstiş edildiyi vurğulanır.