Yəmənin Ənsarullahının sözçüsü Məhəmməd Əbdüssəlam sionist rejimin Səna və Hudeydəyə təcavüzünə cavab olaraq deyib: Sionist rejim bilməlidir ki, xalqımız bu hücumlara görə Fələstini dəstəkləməkdən əl çəkməyəcək.
O əlavə edib: Yəmən Fələstin məsələsi ilə bağlı öz humanitar və dini prinsiplərindən heç vaxt əl çəkməyəcək.
Ənsarullahın sözçüsü deyib: Sionistlərin Yəmənin Səna hava limanı və digər mülki obyektlərinə hücumu bütün xalqımıza qarşı böyük cinayətdir.
Xatırladaq ki, sionist rejim qırıcıları cümə axşamı axşam 7 hava hücumu ilə Səna və Hudeydə əyalətlərindəki hədəfləri bombalayıblar; Səna və Hudeydə elektrik stansiyası, həmçinin Hudeyda limanı və neft obyektləri, eləcə də Sənanın beynəlxalq hava limanı və bu iki şəhərin bəzi infrastrukturları təcavüzkar qırıcıların hədəfində olub.
Eyni zamanda, ibrani mənbələr bu hücumu Yəmənə qarşı ən geniş hücum kimi elan edib və bu hücumda onlarla sionist rejim qırıcısının iştirak etdiyini təsdiqləyiblər.