Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan Əl-Qəssam Batalyonlarının rəsmi sözçüsü Əbu Ubeydə sionist rejimin 333-cü günə daxil olan soyqırımının davam etdirilməsinə münasibət bildirərək deyib ; Baş nazir Binyamin Netanyahu Qəzza zolağında qalan israilli əsirlərin öldürülməsinin səbəbkarıdır.
Qafqaztimes xəbər veirir ki, Əbu Ubeydə sionist rejim rəhbərlərinə ünvanladığı videomüraciətdə deyib: Netanyahunun danışıqlar əvəzinə hərbi təzyiq yolu ilə israilli məhbusların azad edilməsində israr etməsi onların tabutda geri qayıtması demək olacaq.
O əlavə edib: Qəzzə zolağının mərkəzindəki Nuseyrət düşərgəsində baş verən hadisədən sonra əsirlərin gözətçilərinə yeni əmrlər verilib ki, işğalçı ordunun əsgərləri onların yerləşdiyi yerə yaxınlaşarsa, həmin göstərişlərə əməl etsinlər.