QafqazTimes.com TCH-a istinadən xəbər verir: İnstaqram ulduzu, dünyanın sevimlisi, 1 mln izləyicisi olan Kot Stepan 2 gün xəttə çıxmadığı üçün bütün dünya narahat imiş :-() Nəhayət, xarkovlu pişiyin sahibəsi Anna dünyanı sevindirib: Biz artıq Fransadayıq, Stepan istirahət edir!
Stepanın sağ-salamat olmasından məmnun qalan izləyicilər şərh yazıb ki, pişiyin tapılmasına hamıdan çox Rusiya prezidenti Putin sevinib ;-( Bu günlərdə milyon söyüş, ötən günsə Avropa Şurası Parlament Assambleyasında polşalı xanım nümayəndə İvona Arentin “kişi söyüşünə” tuş gələn Putin də rahat nəfəs alıb ki, Stepana görə söyüşdən qurtula bilib:-)